Azərbaycanda yol polisinin görünməmiş hərəkətinə EKSPERTDƏN REAKSİYA

Dövlət Yol Polisinin velosipedi cərimə meydançasına aparması düzgün deyil. Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdəm kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz).
Publika.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov ötən gün velolisipedçilərin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur:
“Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar. Ölkəmizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda da belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən yoldan çıxsın (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.). Aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə çox təhlükəlidir”.
Ekspert bildirib ki, velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var:
"Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi: I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır. Nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşakar edən Dövlət Yol Polisi əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini təlb etməlidir. Amma məhz iki və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur. Bu, bizim qanunun boşluqlarıdır. Velosiped nəqliyyat növü kimi populyar olmadığından belə problemlər hələ gözə dəymir”.
Qeyd edək ki, Velosiped idmanının şose növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri DYP əməkdaşları tərəfindən saxlanılıb. Polislər onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısını Qala qəsəbəsindəki 12 saylı cərimə meydançasına aparıblar. Bir müddət sonra velosipedçilər buraxılsa da, velosipedlər cərimə meydançasında saxlanılıb.

Загрузка...
Загрузка...