​Azərbaycanda yeni doğulan hər uşağın nə qədər borcu var? - Rəqəmlər

 
2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 10,6 milyard dollar məbləğində kredit sazişləri imzalanıb
 
Turaninfo.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, tanınmış iqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun sözlərinə görə, bu sazişlər əsasında istifadə olunan kreditlər üzrə 7,6 milyard dollar olub:
 
"İmzalanan sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 20,0 faizini təşkil edib. Adambaşına düşən xarici dövlət borcu istifadə edilən kreditlərə görə 782,6 dollar, imzalanan sazişlər üzrə 1080 dollar olub".
 
Ekspert qeyd edib ki, həmin tarixə xarici borc üzrə alınan kreditlərin 68,5 faizi ABŞ dolları, 18,3 faizi avro, 3,7 faizi yapon yeni, 1,7 faizi isə digər valyutalar ilə olub:
 
"Ölkəyə cəlb edilən kreditlərin 39,2 faizini sabit dərəcə ilə olan kreditlər, 60,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.
 
Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər olan müddətdə, 41,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,6 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
 
Əlavə mlumat üçün onu da qeyd edək ki, 2016-cı il 1 iyul tarixinə olan operativ məlumatlara əsasən dövlətin daxili borcu 7,3 milyard manat təşkil edib".