​Azərbaycanda yeni banklar yaradılacaq

 
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır.
 
Turaninfo.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri Rüfət Aslanlı deyib.
 
Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq. Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.
 
Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.