“Azərbaycanda yeganə mütəşəkkil qüvvə hakimiyyətdir” - ÖZƏL

 
 
Zərdüşt Əlizadə: “Qalan heç bir qüvvənin sosial bazası və fəliyyəti yoxdur”
 
Türkiyə mətbuatında Fətullah Gülən tərəfdarlarının Azərbaycanda ciddi çoxluğa malik olduğu, bu səbəbdən də hər an dövlət çevrilişi təşkil edə biləcəkləri ilə bağlı informasiyalar yer almaqdadır.
 
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu iddiaların əsassız olduğunu bildirib. Ekspertin sözlərinə görə, bu kimi məlumatlar Azərbaycan haqqındakı bilgi və məlumatların məhdudluğundan qaynaqlanır:
 
“Bu məlumatların heç bir əsası yoxdur. Ümumiyyətlə, bunu iddia edən şəxslərin Azərbaycan, Azərbaycan cəmiyyəti haqqında yetərli məlumatı yoxdur. Onlar Azərbaycan cəmiyyətinin tərkibindən, istək və arzularndan xəbərsizdir. Azərbaycanda yegan mütəşəkkil qüvvə hakimiyyət, daha doğrusu İlham Əliyevin ətrafına toplaşan dəstədir. Onlar qarşılarına çıxan fürsəti dəyərləndirib addım-addım öz hakimiyyətlərini möhkəmləndirirlər. Bunun xaricində Azərbaycanda heç bir təkilat və qüvvənin sosial bazası, geniş fəaliyyəti yoxdur”.