“Azərbaycanda yaşayış dünya standartları səviyyəsinə yüksəlib” – Nazir

 
 
 “Biz azərbaycanlılar çətin yol keçmişik və bu gün dünya tərəfindən tanınan qənaətbəxş iqtisadi inkişaf səviyyəsinə nail olmuşuq. Çox qısa vaxt ərzində biz ölkəmizdə əhalinin həyat səviyyəsini yaxşılaşdırmış, ölkəmizdə yaşayış səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmişik”.
 
Azərbaycan 24 xəbər verir ki, bunu Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib.
 
Enerji sektorundakı vəziyyətdən də danışan nazir deyib ki,  biz gələcəkdə Burkina-Faso və Azərbaycan şirkətlərinin investisiyaları sayəsində bu sahədə irəliləyişə nail olacağıq.
 
N.Əliyev qeyd edib ki, bu əməkdaşlıq əsasən dövlət şirkətlərinə aiddir. O əmindir ki, Burkina-Faso prezidentinə təklif etdiyi çoxsaylı layihələr bu ölkənin müxtəlif regionlarının inkişafına şərait yaradacaq və yeni resursların, xüsusilə neft məhsullarının ölkəyə axınına imkan verəcək.