Azərbaycanda vəhabilər pirlərin yandırılması ilə fəaliyyətə başladılar?

Azərbaycanda iki pir yandırıldı
Xaçmazda ziyarətgahlara qarşı vandalizm aktı törədilib. Hadisə Rusiya ilə sərhəddə yerləşən Yalama qəsəbəsində qeydə alınıb. Adıçəkilən ərazidə 2 ziyarətgaha naməlum şəxslər od vurub.
Anspress-in məlumatına görə, Xanoba pirindən sonra Yalama qəsəbəsindəki Molla Əhməd pirində də yanğın qeydə alınıb.
Molla Əhməd ziyarətgahı yanğın nəticəsində bərbad hala düşüb. Bundan əvvəl yandırılan Xanoba kəndindəki Qışlaqbaba piri də eyni vəziyyətdədir. Pirlərə od vurulması yerli sakinlərin narahatlığına səbəb olub.
Hələlik yanğının kim tərəfindən törədilməsi bilinmir.
Hadisələrlə bağlı müvafiq dövlət və hüquq-mühafizə orqanları da məlumatlandırılıb.