Azərbaycanda təhsil alan qızın həmvətənlərimizlə bağlı utancverici statusu

 
 Bölmə : CəmiyyətYayım tarixi : 17/8/2016 [18:08]Baxılıb : 47684 dəfə Qafqaz universitetinin tələbəsi Şakiro İssufo küçədə gedərkən ona qarşı edilən kobud hərəkətlərlə bağlı sosial şəbəkədə yazıb
Paytaxt Bakıda gün ərzində onlarla əcnəbi insanla qarşılaşırıq. Ölkəyə turist, yaxud da təhsil almaq üçün gəlmiş bu şəxslər hər zaman xalqımızın qonaqpərvərliyini, mehribanlığını yükəsk qiymətləndirir. Amma təəssüflər olsun ki, bəzi şəxslərə görə bizim haqqımızda mənfi münasibət formalaşır.
 
Sosial şəbəkələrdə zaman-zaman əcnəbi tələbələr statuslar paylaşaraq bəzi gənclər tərəfindən tənqid olunduğunu yazıb. Bizim “qonaqpərvər” gənclərimiz əcnəbilərin azərbaycanca başa düşmədiyini hesab edib onları təhqir edir. Bu isə nəticədə xalq üçün mənfi münasibətin formalaşmasına gətirib çıxarır.
 
Elə Azərbaycanda təhsil alan bu mozambikli qıza qarşı edilən kimi. Qafqaz universitetinin tələbəsi Şakiro İssufo küçədə gedərkən ona qarşı edilən kobud hərəkətlərlə bağlı sosial şəbəkədə yazıb.
 
“Mən hər zaman nə vaxt şəhərə çıxsam insanlar mənə qəribə baxır. Mənə pis sözlər deyirlər. Mən onların dilini başa düşmrüəm deyə fikirləşirlər. Bəziləri mənə qara qız deyir, meymun deyirlər, tüpürürlər”, - əcnəbi tələbə azərbaycanlıların ona münasibəti haqqında yazıb.