AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ İSTƏYƏN QÜVVƏLƏR...

Baxış sayı: 
118
0  
0  

Natiq Miri: “Ölkədə ictimai-siyasi prosesləri gərginləşdirmək istəyən xüsusi şəbəkələr mövcuddur”

“Prosesin Gəncədən başladılması təsadüf deyil”

Xəbər verildiyi kimi, Gəncə hadisəsindən sonra sosial şəbəkələrədə Sumqayıtda silahlı aksiyalara çağırışlar səsləndirildi. Sosial şəbəklərdə elan olundu ki, iyulun 15-də Sumqayıtda aksiya keçiriləcək...

Əlbəttə, Gəncədən sonra ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda silahlı aksiyalara çağırış aşkar təxribat idi. Görünür, ölkədə sabitliyi pozmaq istəyən qüvvələr mövcuddur. Çünki hadisələrin xronologiyasına (əvvəlcə 4 rayonda pambıq tarlalarında zəhərlənmə, sonra Mingəçevir İES-də 2 ardıcıl partlayış, daha sonra Gəncənin icra başçısının və mühafizəçisinin güllələnməsi, nəhayət Gəncə də yüksək çinli iki polis məmurunun öldürülməsi, bu günlərdə isə Sumqıyıtda silahlı aksiyalara çağırış) diqqət etdikdə, ölkədə baş verənlərin arxasında təhlükəli qüvvələrin olduğu ortaya çıxır. Çünki hadisələrin bu qədər ardıcllıqla baş verməsi təsadüf ola bilməzdi. Baxmayaraq ki, vətəndaşların yerlərdə məmurlardan haqlı narazılıqları var, vətəndaşlarmız bundan sonra da ölkəmizin təhlükəsizliyi naminə sosial şəbəkələrdə yayılan çağırışlara qoşulub hadisələrin iştirakçısına çevrilməməli, əksinə, dövlətimizin sabitliyinə çalışmalıdır...

Dini qrupların 18 əsas fəal üzvü saxlanıldı...

Bəlli olduğu kimi, Sumqayıtda aksiyaya çağırışlardan sonra burada “radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı”nın saxlanıldığını açıqladı. Məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar: v

“Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılıb, məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hüquq mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib”.

“Bu prosesin arxasında duran güclər ifşa olunmalıdır”

“ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

Gəncə hadisəsindən sonra Sumqayıtda baş verən prosesləri ardıcıllıqla təhlil edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, siyasətdə təsadüf deyə bir anlayış yoxdur: “Hiss olunur ki, bu məsələləri tətikləmək, Azərbaycanda ictimai-siyasi prosesləri gərginləşdirmək istəyən xüsusi şəbəkələr mövcuddur. Ona görə, həm ictimaiyyət, həm də hakimyyətdəki sağlam qüvvələr bu yöndə çox ciddi düşünməlidirlər. Çünki əgər əhali silahlı üsyana çağırılırsa, artıq düşünmək lazımdır ki, bu məsələ təkcə ölkə daxilindəki maraqlarla deyil, həm də ölkə xaricində başqa maraqlara xidmət edən bir çağırışıdır. Silahlı üsyan vasitəsilə Azərbaycanda nəyi bərqərar etmək istəyirlər? Silahlı yolla bərqərar oluna biləcək yeni bir rejim Azərbaycana müsbət nə qazandıra bilər ki?! O baxımdan, bu məsələ Azərbaycan üçün çox həssasdır və məsələyə yanaşmada çox ehtiyatlı davranılmalıdır. Bu baxımdan, prosesin həqiqi yönünün nədən ibarət olduğu və bunun arxasındakı güclər haqqında ictimaiyyətə də səhih məlumatlar verilməlidir. Çünki bu məsələlərdə qaranlıq məqamların olduğu aşkardır. Bu cür qeyr-müəyyənlik və informasiyasızlıq cəmiyyətdə mövcud olduqca bu cür təxribat xarakterli çağırışlar nəinki sosial mediada, hətta şaiələr olaraq ictimaiyyət içində də davam edəcək. O baxımdan, bütün bu şaiələri aradan qaldırmaq üçün sözün əsl mənasında səmimi olaraq bu prosesin arxasında duran güclər ifşa olunmalıdır”.

“Cəmiyyətə səhih məlumatlar verilməlidir”

“Gəncədə baş verənlərin arxasında duran güclər ilə Sumqayıtda silahlı aksiya çağışının arxasında duranlar eyni güclər ola bilərmi” sualına N. Miri belə cavab verdi: “Əlbəttə ki, bu proses idarə olunan bir prosesdir. Düşünmürəm ki, bu şpontan olaraq başlayıb. Təbii ki, bu idarə olunan proses olduğu üçün bunun arxasında duran siyasi qüvvələr və xüsusi xidmət orqanlarının da içində olduğu insanlar vardır. Bu baxımdan, bu məsələlər çox ciddi şəkildə araşdırılıb, ifşa olunub, cəmiyyətə bu yöndə səhih məlumatlar verilməlidir ki, ən azından ictimai rəydə bu cür şaiələrə və təxribatlara yol verilməsin. Əks təqdirdə bunlar virusbulaşıcı dezinfromasiyalardır ki, ictimai rəyi çox ciddi şəkildə həm zəhərləyir, həm də zədələyir və bundan istifadə edərək cəmiyyətdə parçalanma yaratmaq, dövlətə qarşı üsyanı tətikləmək kimi bir çox xoşagəlməz davranışlar ortaya çıxa bilər. Ona görə də bu məsələdə ən azından çoxfikirliliyi, müxtəlif sapmaları aradan qaldırmaq üçün sözün əsl mənasında səhih məlumatlar verilməlidir”.

“Hakimiyyət içində şəbəkələr arasında gizli rəqabət mövcudur”

“Gəncə Azərbaycanın böyük şəhələrindən biridir. Adətən bir növ dövlət çevrilişlərinin həyata keçirildiyi şəhər olaraq 1993-cü il iyun hadisələrində məhz Gəncədə cəbhə hakimiyyətinə qarşı üsyan başladılmışdı və ortaya Surət Hüseynovun simasında Rusiya xüsusi xidmət orqanlarına işləyən bir çox insanlar çıxmışdı. Növbəti dəfə prosesin Gəncədən başladılması da düşünürəm ki, təsadüf deyil. Mən demirəm ki, bu, yalnız xarici ölkələrin xüsusi xidmət orqanlarının işidir, düşünürəm ki, bu məsələnin içərisində ölkə daxilində olan bir çox siyasi şəbəkələr də maraqlı ola bilər. Çünki hər bir halda sui-qəsdə məruz qalan şəxs böyük bir Azərbaycan şəhərinin İcra Hakimiyyətinin başçısı idi. Eyni zamanda bu şəxsin Azərbaycanda daha yuxarı postlara getmək iddiası zaman-zaman mediada səslənib. Nəzərə alın ki, bu gün Bakı şəhər İcra Hakimiyyəti vəzifəsi hələ də boşdur və bu vəzifə boşdursa, demək bu yöndə konkret hakimiyyət içində şəbəkələr arasında gizli rəqabət mövcudur. Ona görə məsələlərə xarici xüsusi xidmət orqanlarından başqa bir də bu xüsusda yanaşmaq lazımdır. O baxımdan, bu gün ictimaiyyətdə müxtəlif fikirlər mövcuddur. Ona görə də cəmiyyətə səhih məlumatlar verməklə bütün təxribat çağırışlarını aradan qaldırmaq mümkündür”,-deyə politoloq vurğuladı.

“Sumqayıtda silahlı qrupların fəaliyyət göstərməsi haqqında informasiyalar dəfələrlə səsləndirilib”

N.Mirinin fikrincə, Gəncənin ardınca Sumqayıtın gəlməsi də təsadüf deyil: “Bilirsiniz ki, Sumqayıt da müxtəlif rayonların əhalisindən yığılmış bir şəhərdir. Ayrıca, Sumqayıt şəhərində radikal İslam yönündə fəaliyyət göstərən silahlı qrupların zaman-zaman fəaliyyət göstərməsi haqqında informasiyalar dəfələrlə səsləndirilib. Sumqayıta bu məsələdə önəmin verilməsi də məhz bu kontekstdə dəyərləndirilməlidir. Ona görə də Bakıdan sonra böyük şəhərlərdən biri kimi Sumqayıtın adının hallandırılması qətiyyən təsadüf deyil”.

Загрузка...
Загрузка...