Azərbaycanda saatlar dəyişmədi - telefondakı zaman ayarını düzəldin

 
Oktyabrın 29-dan 30-na keçən gecədən etibarən dünyanın bəzi ölkələri qiş vaxtına keçiblər.
 
Musavat.com-un məlumatına görə, həmin ölkələrdə saatların əqrəbləri bir saat geriyə çəkilib.
 
Xatırladaq ki, əvvəllər Azərbaycanda da analoji saat dəyişmə sistemi tətbiq olunurdu, yay və qış vaxtlarına keçilirdi.
 
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarına əsasən bu sistemin Azərbaycanda tətbiq olunması ləğv edilib.
 
Ona görə də, bu gün səhər saata telefonları vasitəsiylə diqqət yetirən bəzi vətəndaşlar üçün anlaşılmaz situasiya yaranıb. Belə ki, mobil telefonlarında zamanı avtomatik dəyişən saat qurşağı setindən istifadə edən vətəndaşlar vaxtın 1 saat geriyə çəkilməsiylə üzləşiblər.
 
Bu problemi həll etmək üçün mobil telefonlarda ayarları dəyişmək və 24 saatlıq format rejimini seçmək lazımdır.