Azərbaycanda pulsuz investisiya bankı: Necə yaradılacaq?

Baxış sayı: 
131

 
    
 
Azərbaycan investisiya bazarında o qədər də inkişaf etmiş ölkə sayılmır. Bu günə qədər investisiya bazarında çıxış edən demək olar ki, yeganə şikət SOCAR və Dövlət Neft Fondudur.
 
Bu sahədə özəl şirkətlərin fəaliyyəti o qədər gözəçarpan deyil. Ancaq bu sahənin inkişafı üçün son zamanlar müəyyən işlər görülür və layihələr hazırlanır. Məsələn, bu günlərdə “AzFinance” investisiya şirkətinin direktoru Abid Məmmədov “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib ki, Azarbaycanda ilk investisiya bankı 2019-cu ildə yaradıla bilər.
 
Maraqlıdır, investisiya bankının yaradılması mövcud durum üçün nə qədər effektli ola bilər? Bunun üçün nə qədər maliyyə vəsaiti lazımdır?
 
 
 
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, dövlət dəstəyi olmadan investisiya bankının yaradılması mümkün deyil: “Yaxşı olardı ki, bu bankı yaratmaq istəyən nə ilə məşğul olacağını özü deyərdi. Adətən, beynəlxalq aləmdə investiya bankı deyəndə elə bir qurum nəzərdə tutulur ki, iri şirkətlər, müəssisələr, hökumət üçün dünya maliyyə bazarlarından investisiyaların cəlb olunması nəzərdə tutulur. Eyni zamanda da müəyyən məsləhət xidmətləri ilə, səhmlər, istiqrazlar bazarı ilə məşğul olur.
 
Bu gün Azərbaycanda ciddi problem var ki, şirkətlər, banklar dünya maliyyə bazarından vəsait cəlb edə, səhmlərini yerləşdirə bilmirlər. Onlara bu sahədə yardım lazımdır. Amma bu hansısa bir özəl finansın görə biləcəyi iş deyil. Bu məsələ ilə hökumət səviyyəsində məşğul olmaq lazımdır. Həmin investisiya bankı hansısa özəl qurum tərəfindən yaradılarsa, bunu elə də ciddi qəbul etmək lazım deyil. Məsələn, o, xaricdən necə investisiya cəlb edəcək? Kim ona etibar edəcək? Bu gün beynəlxalq maliyyə bazarlarında Azərbaycanda şirkətlərə, bank sisteminə etimad azalıb.
 
Ona görə də dövlət təminatı olmasa, heç bir xarici investor vəsait vermir. Hətta bu il Beynəlxalq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası üçün beynəlxalq investorlar dövlət təminatı istədi. Halbuki Beynəlxalq Bank dövlət bankıdır. Bu xarici investorları qane etmədi. Bu isə onu göstərir ki, Azərbaycana etimad əvvəlki kimi deyil. Bunun səbəbi isə daxili iqtisadi problemlər, neftin qiymətinin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi və digər səbəblərdir”.
 
Əkrəm Həsənov sonda qeyd edib ki, mövcud vəziyyətdə hansısa özəl şirkətin investisiya bankı yaradacağı inandırıcı deyil: “Bu gün görürük ki, beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının reytinqini aşağı salır. Bu şəraitdə hansısa özəl qurumun investisiya bankı yaratması inandırıcı deyil. Bu 50 milyonla başa gələcək məsələ deyil. Bunun üçün ciddi maliyyə vəsaitinə ehtiyac var. Bu baxımdan hesab edirəm ki, investisiya bankı prinsipcə yaxşı ideyadır. Ancaq bununla dövlət məşğul olmalıdır”.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...