Azərbaycanda növbəti dəfə banka borcu olan vətəndaş həbs olunub

 
 
Azərbaycanda növbəti dəfə banka borcu olan vətəndaş həbs olunub. Moderator.az-ın verdiyi xəbərə görə, Unibanka borcu olan Yardımlı rayon sakini Həsənov Rahil Hüseyn oğlu Yardımlı Rayonu Məhkəməsinin qərarı ilə 20 gün azadlıqdan məhrum edilib. Himayəsində 4 övladı və 1 xəstə anası olan Həsənov Rahil heç bir yerdə işləməməsinə baxmayaraq bank onu həbs etdirib. Rahili Yrdımlı Rayonu Polis İdarəsinə gətirib 10 dəqiqə ərzində məhkəmə qarşısına çıxararaq həbs ediblər.