Azərbaycanda lak-boya məmulatlarının istehsalı 2,1 dəfə artıb

 Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 807,3 ton lak-boya məmulatları, 3 043,7 ton izotropil spirti istehsal olunub.
"Turaninfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin iki ayında lak-boya məmulatlarının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə, izopropil spirtinin istehsalı 2,4 dəfə artıb.
Hesabat dövründə 17,8 min ton polietilen, 18,4 min ton etilen istehsal olunub ki, polietilen istehsalı ötən ilin müvafiq dövründən 7,8%, etilen istehsalı isə 7,9% çox olub.
İlin iki ayında 38,7 min kubmetr arqon, 10,2 min ton barium sulfat istehsal olunub ki, arqon istehsalı 42,8%, barium sulfat istehsalı 18,9% artıb.
Hesabat dövründə 26,9 ton yod, 8,3 min ton propilen, 6,4 ton yuyucu maddələr istehsal olunub. Propilen istehsalı 5,4%, yuyucu maddələr istehsalı 84,5% azalıb.
Bu ilin iki ayında metil spirtinin istehsalı olmayıb. Hesabat dövründə 531,7 min manat dəyərində kosmetik preparatlar istehsal edilib.