Azərbaycanda intiharların statistikası açıqlanıb

"Ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları cüzi də olsa artıb. Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfər olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur".
Turaninfo.az "Report"un məlumatına istinadən, bunu Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova mərkəzdə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uşaqlar arasında intihar hallarının statistik göstəricilərinə toxunan şöbə müdiri əlavə edib ki, 2013-cü ildə bu rəqəm 18 idisə, keçən il bu say 29 olub.
K.Turabova onu da qeyd edib ki, intihara cəhd halları qadınlar arasında üstünlük təşkil etsə də, bu, kişilər arasında tamamlanmış intihar hallarının iki dəfə daha çox olması deməkdir.
Gələcəkdə mərkəzin nəzdində Susidioloji mərkəzin yaradılmasının nəzərdə tutulduğunu əlavə edən şöbə müdiri deyib ki, burada intihar cəhd halları və səbəbləri araşdırılacaq.
"Danılmaz faktdır ki, bu gün Azərbaycanda intiharlarla bağlı problemlər yaşanır. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması aiddir", - o, vurğulayıb.