Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılacaq.

Qanuna əlavələr müzakirə edildi - Gənclər siyasəti - VİDEO
 
 

 
ATV.az xəbər verir ki, Milli Məclisin Gənclər və İdman komitəsinin iclasında müzakirəyə çıxarılan “Gənclər siyasəti haqqında" Qanuna əlavələrdə Ekspetr Komissiyası gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə yaradılır.
 
Müzakirələr zamanı çıxış edən Gənclər və idman nazinin müavini İntiqam Babayev bildirib ki, qanuna edilən əlavələr aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənclərin də bundan daha geniş şəkildə yararlanmasına kömək edəcək. Bundan əlavə, məşğulluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işindən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər əlavələrdə  öz əksini tapıb.