​Azərbaycanda dərman biznesi çökür! - ÖZƏL

 
Azərbaycanda dərman biznesi ilə məşğul olan firmalar çökür
 
Bunu Politika.Az-a əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslər deyiblər. Müşahidələr göstərir ki, təkcə paytaxt Bakıda artıq onlarla aptek fəaliyyətini dayandırıb. Bu durum Tarif Şurası tərəfindən dərman qiymətlərinin tənzimlənməsinə başlandıqdan sonra yaranıb: “Firmalar dərman gətirmirlər. Qiyməti tənzimlənən, ucuzlaşan dərmanlar tamam sıradan çıxmaq üzrədir. İnsanlar da həmin dərmanları axtarırlar. Bir tərəfdən də vəziyyət çətindir, bahalı dərmanı heç kim almır. Bizim firmalar isə öyrəşib, daim “qaz vurub qazan doldurmağa”, az qazancla işləmək istəmirlər. Ona görə də xırda firmaların çoxu demək olar ki, fəaliyyətini dayandırmaq üzrədir. Hazırda loru dillə desək, dirəşib fəaliyyət göstərən apteklər daha çox böyük firmalarla işləyənlərdir. Bu firmalardan isə ən dayanıqlısı indiki məqamda “Avromed”dir. Uzun illərdir dərman bazarında hegemonluq edən bu firma hələ ki, aptekləri dərmanla təmin edir. Onu da deyim ki, arada “Avromed” də çökmək təhlükəsilə üz-üzə qaldı, amma sonradan hansısa görünməz qüvvə bu firmanı diriltdi”.
 
Mənbəmiz deyir ki, bu durum rəsmi səviyyədə də diqqət mərkəzindədir: “Yəqin elə ona görə, Tarif Şurasının sonuncu qərarında bir çox dərmanların qiyməti bahalaşdırıldı. Hökumət gördü ki, dərmanlar ucuzlaşdıqca bu sahə çökür, ona görə də geri addım atmalı oldular”.
 
Qeyd edək ki, hələ ötən il birinci devalvasiyadan sonra bir çox apteklər və dərman firmaları işini dayandırmışdı və bu barədə mediada da yazılmışdı. Heç təsadüfi deyil ki, Politika.Az-ın əməkdaşı parasetamol adlı qızdırma dərmanını tapmaq üçün Bakının bir neçə aptekinə baş çəkməli olduğunu deyir: “Adi kömürü belə tapmaq müşkülə çevrilib. Apteklər ucuz dərmanları satmırlar, deyirlər ki, firmalar gətirmir”

Загрузка...
Загрузка...