Azərbaycanda dövlət xəstəxanaları da pullu olacaq? - EKSPERT RƏYİ

Adil Qeybulla: “Nazirlər Kabinetinin verdiyi bu qərarın izahlı arayışı olmalıdır”
 
Hüquqşünas Namizəd Səfərov: “Mütərəqqi qanunların hamısını dəyişdirib, mürtəceləşdiriblər”
 
Azər Mehtiyev: “Bu, icbari tibbi sığarta islahatlarına hazırlıq məqsdilə verilmiş bir qərardır”
 
"Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 saylı qərarına həmin qurumun 24 oktyabr tarixli 418 saylı qərarı ilə dəyişiklik edilib.
Qərarda qeyd edilib ki, “dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki” sözləri “dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri ilə əvəz edilsin. "Dövlət tibb müəssisəsi" sözləri isə "Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri" sözləri ilə əvəz edilsin. Həmçinin qərarda bələdiyyə adından yaradılan müəssisələrə pullu tibbi xidmət göstərmək hüquqü verilib.Azərbaycanda dövlət xəstəxanaları da pullu olacaq? - EKSPERT RƏYİ

Qərarın sosial yükünü nəzərə alıb, Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə söhbətləşdik. A.Qeybulla qeyd etdi ki, bu qəraradək dövlət xəstəxanaları Səhiyyə Nazirliyinin tərtib etdiyi əsasnamə əsasında fəaliyyət gösərirdilər: “Bu qərardan sonra, dövlət xəstəxanalar müstəqilləşir, nizamnamə əsasında fəaliyyət göstərir və daha çox hüquqi şəxs statusu daşıyır. Belə olan halda, müəyyən xidmətlərin ödənişli olması ortaya çıxır. Çünki hüquqi şəxslər adətən vergi ödəyiciləridir. Bu da əsas narahatçılıq doğuran bir məsələdir. İndiki dönəmdə əhalinin, xüsusilə də imkansız, sosial müavinətlər alan, maaş almayan, dövlət qayğısına ehtiyacı olan əhalinin müalicəsi, ümumiyyətlə, tibbi xidməti hansı səviyyədə, harada həyata keçiriləcək?! Bax, bu məsələ çox böyük sual atındadır. Nazirlər Kabinetinin verdiyi bu qərarın izahlı arayışı olmalıdır. Məsələyə tam aydınlıq gətirilməlidir ki, neynəmək fikirləri var. Səhiyyə Nazirliyi iddia edir ki, dövlət xəstəxanaları pulsuz olacaq. Amma Nazirlər Kabinetinin verdiyi qərar vəziyyəti dəyişdirir. Düşünürəm ki, əgər dövlət xəstəxanalarının pullu xidməti təsdiq ediləcəksə, bu ümumi işin ziyanına olacaq. Çünki əhali indiki durumda buna hazır deyil. Mən düşünürəm ki, bu dəyişikliyin əvəzinə, icbari tibbi sığorta paketinin hazırlanması daha yaxşı olardı. Bu xəstəxanaların həm maddi durumunu qaydaya salardı, həm də bütün neqativ məsələləri aradan götürərdi”

Hüquqşünas Namizəd Səfərovun İsə Nazirlər Kabinetinin verdiyi qərarlara öz yanaşması var: “Siz inanırsınımı ki, bizim indiki hakimiyyətdə Nazirlər Kabineti əhalinin xeyrinə yönəldilmiş hər hansı bir qanun və yaxud qərar qəbul etsin. Mən son 23 ildə Azərbaycan dövləti tərəfindən əhalinin xeyrinə bir qanun qəbul olunduğunu görməmişəm. Mütərəqqi qanunların hamısını dəyişdirib, mürtəceləşdiriblər. O cümlədən, tibb sahəsində Nazirlər Kabinetinin bu qəbul etdiyi qərar da tibb müəssisələrinin ayrı-ayrı şəxslərin əlinə keçməsinə, xəstəxanaların özəlləşdilməsinə, tibbi xidmətin ödənişli olması üçün şəarit yaradır. Mövcud dövlət xəstəxanalarında vətəndaşlar müalicə olunarkən tələb edirlər ki, onlardan pul alınmasın. İndi onları da aradan qaldırırlar. Sabah xəstəxanaların yiyəsi deyəcək ki, bura mənim mülkiyyətimdədir, istədiyim qiyməti də qoya bilərəm. Nazirlər Kabinetinin yeni qərarı buna xidmət edir. “Əsasnaməni nizamnaməyə dəyişməklə pullu xidmətə keçmirik” - demək, boş sözdür. İndiyə kmi, Azərbaycan dövlətində qəbul olunan qərarın hansında deyiblər ki, bu hansı məqsədə ximət edir. Ancaq vaxt keçdikcə görürük ki, qanunlar yazıldığı məqsədə yox, əks məqsədə xidmət edir. Bu qərar da əks məqsədə xidmət etmək üçün qəbul olunub”. Azərbaycanda dövlət xəstəxanaları da pullu olacaq? - EKSPERT RƏYİ

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev də Nazirlər Kabinetinin 418 saylı qərarına münasibət bildirdi: “Bu qərar ona görə verilib ki, nə vaxt bələdiyyə xəsətəxanası yaradılarsa, o publik hüquqi şəxs kimi yaradıla bilər. Ancaq indiki dövlət xəstəxanalarının bələdiyyələrin sərəncamına veilməsi ilə bağlı heç nə yoxdur. Əslində, bələdiyyələrin xəstəxana yaratmaq hüququ var. Bu qərardan sonra, xəstəxanalar olduğu kimi fəaliyyət göstərəcəklər. Bu, icbari tibbi sığarta islahatlarına hazırlıq məqsdilə verilmiş bir qərardır. Yəni icbari tibbi sığorta tətbiq olunarkən xəstəxanaların statusu müəyyən olunmalıdır. Çünki dövlət xəstəxanaları büdcə təşkilatlarıdır. Ancaq icbari tibbi sığrota tətbiq olunandan sonra, dövlət xəstəxanaları büdcə təşkilatı kimi qala bilməyəcək, büdcə təşkilatı olmaqdan çıxarılacaqlar. Buna görə də onların statusu müəyyən olunur. Hələ ki, dövlət xəstəxanaları dövlət büdcəsindən vəsait alaraq fəaliyyət göstərəcəklər”.
A.Mehdiyev hesab edir ki, qərarın özü qüsurludur: “Çünki publik hüquqi şəxs statusu bütün ölkə böyu, çoxsaylı qurumlar üçün qərar qəbul edə bilən institutlara şamil olunur. Yəni onlar ictimai xarakterli qərarlar verməlidirlər. Ancaq bizdə olan xəsətəxanalar ictimai qərar vermirlər. Onlar fərdi xidmət göstərirlər. Məncə, burada qüsur var”.