​Azərbaycanda dövlət qurumunda telefondan istifadə qadağan edildi

 
Azneft İstehsalat Birliyi neftçilərin işə telefon aparmalarını qadağan edib.
 
BAKU.WS xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkədəki hesabında qeyd edib.
 
Hüquqşünas bildirib ki, Azneft İB-nin baş direktoru Daşqın İsgəndərov 28 May NQÇİ işçilərinə də 15 günlük iş rejimində işə telefon aparmağı qadağan edib:
 
“Yaxşı olardı ki, cənab D.İskəndərov qəzalarla əlaqədar dəqiq informasiyanun verilməsinə qarşı mübarizə aparmaqdansa, qəzaların, iş yerində insan ölümünün qarşısını almaq üçün müvafiq tədbirlər görsün!. Qəzalarda həlak olan neftçilərin ölümündə məsuliyyətin əsas hissəsi də baş direktor kimi sizin üzərinizdədir”.