Azərbaycanda dollar ucuzlaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 17-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 Mərkəzi Bankdan Musavat.com-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi mayın 17-ə 1,5033 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5063 manata bərabər olub.