​Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır – EKSKLÜZİV

Baxış sayı: 
158

Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır.
Hazırda yeni heyətin yığım prosesi davam edir. Hətta bəzi tanınmış jurnalistlər artıq kanala dəvət edilib və anlaşmalar qurulub.
Yeni kanalın adı artıq bəllidir. İnternet üzərindən yayımlanacaq kanalın adı “Cavan TV” olacaq. Bu ad da təsadüf deyil. Yeni internet televiziya “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nəznində yaradılır.
cavan.az ile ilgili görsel sonucu“Belə belə işlər” kimi bir neçə layihəni özündə birləşdirən birlikdə maarifləndirmə, təbliğat və gənclərə dəstəklə məşğul olunur. Yerli mediada kanal rəhbərinin keçmiş ANS telekanalının tanınan əməkdaşı Ülvira Qarayeva olacağı yazılıb.
Ülvira Qarayeva
Amma Minval.İnfo-un əldə etdiyi özəl məlumata əsasən Ü.Qarayeva “Cavan TV”-də baş prodüser kimi fəaliyyət göstərəcək. İnternet televiziyasının rəhbərliyinə isə rəhbər kimi daha təcrübəli olan “Trend” informasiya agentliyində Beynəlxalq əlaqələr üzrə şöbənin baş direktorunun müavini vəzifəsində çalışan Elçin Hüseynov gətirilir.
Elçin Hüseynov
“Cavan TV”-də əsasən mədəniyyət, maarifləndirmə və əyləncə tipli xəbərlər veriləcək. Gənclərin maraqları nəzərə alınacaq.
Minval.info

Загрузка...
Загрузка...