​Azərbaycanda daha bir neçə bank bağlanacaq (PROQNOZ)

 
Azərbaycanda daha bir neçə bank bağlanacaq. Bu proses hələ yekunlaşmayıb.
 
Bu barədə BAKU.WS-ə iqtisadçı ekspert Samir Əliyev deyib. Onun fikrincə banklların bağlanmasına dolların bahalaçması ilə yanaşı başqa amillər də təsir edir.
 
“Birinci devalvasiyadan sonra 13 bank bağlanıb. Faktiki olaraq Azərbaycanda fəaliyyət göstərən 45 bankın 1/3-i fəaliyyətini dayandırıb. Prioses davam edir. Yenə də bağlanan banklar olacaq. Buna FED-in qərarının birbaşa aidiyyatı yoxdu. FED uçot dərəcəsini artırsa da, artırmasa da, banklar bağlanacaq. Bunun iki səbəbi var:
 
“Birinci, kreditlərin qaytarılması ilə bağlı yaranan problemlərdir. İstər əhali, istərsə də sahibkarlar kreditləri qaytarmır.
 
İkinci, Azərbaycanda banklarln sayı hədddən artıq çox olub. Neft gəlirləri ilə bağlı böyük həcmdə pullar dövr etdiyinə görə bankllar ayaqda qala bilirdi. İndi neft gəlirləri azalır, iqtisadiyyat kiçilir. Dövr edən pullar azalır. Bankllarlın ayaqda qalması çətinləşir. Azərbaycan iqtisadiyyatının vəziyyəti bu qədər bankı saxlamağa imkan vermir. Ona görə daha 3-4 bank bağlanacaq. İstənilən halda banklların sayının 25-ə qədər azalmasını gözləyirəm. Prezidentin mesajında da bu özünü göstərirdi ki, banklarlın konsolidasiyası olmalıdır”.
 
Samir Əliyev hesab edir ki, FED-in uçot dərəcəsinin artırılması da dolayısı ilə bankların kojsolidasiyasına təsir edəcək. “Manat ucuzlaşdlıqca dollar kreditlərinin qayıtmasında problemlər olacaq”, – ekspert əlavə edib.