​Azərbaycanda bu restoranlarda siqaret çəkməyə icazə verilir

"Siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiqi havalandırma sistemi ilə təchiz edilən xüsusi kabinetləri olan restoranlara şamil edilmir".
Bu sözləri Publika.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.
O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər və cərimə tətbiqləri norma daxilində fəaliyyət göstərən müəssisələrə şamil edilməyəcək:
 
 
“Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, ictimai yerlərdə, müəssisələrdə, idarələrdə, təşkilatlarda, restoran və kafelərdə “siqaret çəkmək qadağandır” işarəsi görünən yerdə tütün məhsullarından istifadə etmək olmaz. Hər hansı bir restoranda hər kəsin ümumi oturduğu, istirahət etdiyi məkanda tütün məhsullarından istifadə etmək qanunla qadağan edilib. Lakin restoranlarda mövcud olan xüsusi kabinetlər bura daxil edilmir. Əgər restoranlarda kabinetlər siqaret çəkilməsi üçün xüsusi yer kimi qeyd edilibsə və normalara cavab verəcək şəkildə zəruri havalandırma sistemləri ilə təchiz edilibsə, qanunla buna icazə verilir”.
Könül Cəfərli

Загрузка...
Загрузка...