​Azərbaycanda banklar kreditləri azaldır – CƏDVƏL

 
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənni bank sektoru ilə bağlı bəzi göstəriciləri açıqlayıb.
 
Oxu.Az Fins.az-a istinadən, AMB-dən verilən məlumatına görə, həmin göstəricilərə əsasən  banklarda kreditlərin azalması müşahidə edilir.
 
Belə ki, sentyabrın sonuna Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 16 mlrd. 274 mln. manat həcmində olub. Bu bir ay əvvəlki göstəricidən 54 milyon manat və ya 0,33% azdır.
 
Xəbər verildiyi kimi, 31 dekabr 2015-ci ilə Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları 21 mlrd. 164,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin 9 ayı ərzində bankların kredit qoyuluşları 23,1% azalıb.
 
Son iki il ərzində isə ölkədə kredit qoyuluşlarının kəskin azalması müşahidə olunur. Dogrudur, 2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində, Azərbaycan iqtisadiyyatına bankların kredit qoyuluşları manat ifadəsində 17,4% artıb. Amma artım əslində dolların bahalaşmasından sonra dollar kreditlərinin manatla daha böyük məbləğə çevrilməsinini nəticəsidir.