Azərbaycanda banklar dolları qəflətən kəskin bahalaşdırdılar

 
Azərbaycan Mərkəzi Bankının (AMB) dolların məzənnəsini artırmasından sonra bu gün 26 bank ABŞ valyutasını 1,70 manatdan baha satır.
 
Fins.az xəbər verir ki, 5 bank bank istisna olmaqla qalanları dolları maksimum marja ilə satır.
 
Dolları ən baha satan “Amrahbank” və “Günaybank”dır. Həmin banklarda ABŞ valyutası 1,7036 manata dəyişdirilir.
 
“Azərbaycan Sənaye Bankı” isə dolları nisbətən aşağı qiymətlə -1,7000 manatla satır.