Azərbaycanda avtomobil yolu çökdü - FOTOLAR

 
20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.
 
Bu barədə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyəti qurumlar gəliblər.
İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.