​Azərbaycanda abort edən məktəbli qızların – Dəhşətli statistikası

 
Ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir.
 
Dövlət Statistika komitəsindən verilən məlumata görə, 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb.
 
Həmin qadınlardan 50 nəfəri isə 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573 qadın abort edərək, hamiləliyini tez zamanda sonlandırıb.