Azərbaycanda 5 il əvvəl ərinin mənzilindən 75 min manatlıq qızıl oğurlayan qadın tutulub.

 
"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 31-də paytaxtın Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən arvadı Elnurə Quliyeva və tanışı Sahilə Atamova cari il iyulun 30-da saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.