Azərbaycanda 173 mindən çox muzdlu işçi var

Bu ilin yanvar ayında sənayedə çalışan muzdlu işçilərin sayı 173,4 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Tremd-ə verilən məlumata görə, onların 33,9 min nəfəri mədənçıxarma, 88,7 min nəfəri emal, 25,6 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,2 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.
Yanvar ayında sənayedə işləyənlərin orta aylıq əmək haqqı 33,3 faiz artaraq 939,2 manata çatmışdır. Artımın əsas səbəbi mədənçıxarma sənayesində xarici investisiyalı müəssisələrdə çalışan əcnəbi işçilərə hesablanmış əmək haqlarının devalvasiya ilə əlaqədar milli valyuta ekvivalentində artması olmuşdur.