“Azərbaycan və Türkiyə birgə silah istehsalı üçün lazımi potensiala malikdir”

Baxış sayı: 
201
0  
0  

Aydın Mirzəzadə: “Belə bir yenilik yalnız alqışlana bilər”
 
 
Türkiyənin müdafiə naziri Azərbaycan və ölkəsinin birgə silah istehsal etməsinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirib. Türkiyəli nazirin sözlərinə görə, digər dövlətlərdən silah alışı ilə bağlı mövcud olan problemlər bu məsələni daha da aktual edir.
Azərbaycan və Türkiyənin birgə silah istehsalı bu dövltələrin maraqlarına nə dərəcədə uyğundur? Bunun praktiki olaraq reallaşması üçün lazımi zəmin varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə belə bir addımın alqışa layiq olduğunu vurğuladı:
 “Bu təklif vaxtaşırı Azərbaycanda və Türkiyədə səslənib. Hesab edirəm ki, iki dost, qardaş ölkə artıq münasibətlərin bu səviyyəsinə tam hazırdılar. Türkiyə nəinki özü üçün silah istehsal edir, eyni zamanda dünya bazarında bu silah-sursatı satışa çıxardır. Azərbaycan isə bu sahədə 12 ildir ki, fəaliyyət göstərir. Bu sahədə bir çox müsbət nəticələri var.
 
Nə qədər ki, dövlətlər, onların Silahlı Qüvvələri var, onların silaha ehtiyacı olacaq. Bu baxımdan iki ölkə birgə əməkdaşlıq etməklə bu sahədə həm məsrəflərini azalda, həm də dünya silah bazarına birgə məhsulla çıxa bilərlər. Bunun üçün hər iki dövlətin texniki, maddi, ən əsası isə kadr imkanları mövcuddur. Bunun konkretləşdirilməsi isə artıq işçi qruplarının vəzifəsidir. Hesab edirəm ki, Azərbaycan tərəfindən bu təkliflərə müsbət cavab veriləcək. Bu sahədə praktiki işlər görmək mümkündür. Bir Azərbaycan vətəndaşı, millət vəkili olaraq isə biz bu əməkdaşlığı ancaq alqışlaya bilərik”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...