​Azərbaycan və Rusiya birgə əməliyyata başladı

Rusiya Daxili İşlər nazirliklərinin əməkdaşları iki ölkə sərhədində yerləşən rayonlarda birgə ənənəvi sərhəd-sipər əməliyyatlarına start verib.
 
Bu məqsədlə Qusar və Xaçmaz rayonları ərazisində xüsusi polis postları qurulub.
 
Tədbir noyabrın 27-dək davam edəcək.
 
Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.(Report)