Azərbaycan və Ermənistan prezidentləri avqustda görüşə bilər

Ermənistan hakim partiyasının deputatı prezidentlərin görüşündən danışdı.
Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyanavqustda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib.
Ölkə.Az-ın xəbər verir, APA-nın news.am saytına istinadən verdiyi məlumata görə, A.Qeqamyan deyib ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə ümid edirlər.
A.Qeqamyan az əvvəl Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunduğunu xatırladıb:
“Mən əminəm ki, Paris görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə qarşılıqlı razılığa gəlməsi üçün ABŞ-da da bir görüş keçiriləcək.
Bu o deməkdir ki, artıq münaqişənin tənzimlənməsi prosesinin məntiqi yekuna çatdırılması, ümumi yekun razılaşmanın işlənilməsi və imzalanması üçün daxili hazırlıq var”.