​Azərbaycan Ukraynadan 28 milyon dollar məbləğində siqaret idxal edib

 

Azərbaycan cari ilin yanvar-avqust ayları ərzində Ukraynadan 27,7 milyon dollar məbləğində siqaret idxal edib.
 
"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, Azərbaycan bu göstəriciyə görə idxalçı ölkələr arasında üçüncüdür. Birinci yerdə Yaponiya (35,06 mln. dollar), ikinci yerdə isə Gürcüstan (33,2 mln. dollar) qərarlaşıb.