Azərbaycan üçün sinov gedən ingilis “Sarı Gəlin” mahnısını BELƏ OXUDU - VİDEO

Baxış sayı: 
175

Böyük Britaniya vətəndaşı Tomas Əmirəl-Mudi Azərbaycanda yaxın qohumunun toy mərasimində qədim mahnımız olan “Sarı Gəlin”i ifa edib.
Bu məlumatı Publika.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib: “Tomas Əmirəl-Mudi Azərbaycanı və Türk dünyasını sevən şəxsdir. Evində Azərbaycan və Türkiyənin bayraqları var. Daima Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar oxuyur. Xüsusilə, ölkəmizdə gedən prosesləri ciddi şəkildə izləyir. Tez-tez Azərbaycana gəlir.
Qeyd edim ki, Tomasın xalq mahnılarımızın öyrənməsində azərbaycanlı xanımı Röyalə Əmirəlin böyük rolu var. Övladları 5 yaşlı Əsgər və 3 yaşlı Yelizavet Əmirəllər milli ruhda tərbiyə alırlar.
Röyalə Əmirəl ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı polkovnik-leytenant Nəimi Əmirəlin (Jonh Naimi Amiral) bacısıdır”.

Загрузка...
Загрузка...