Azərbaycan tarixçisinin dünyaya səs salan iki tədqiqatı- Gizli Tarix

Baxış sayı: 
240
0  
0  

 
 
 
Orta əsrlər Azərbaycan tarixi özünün ziddiyyətli məqamları ilə Azərbaycanın dövlətçilik tarixində misilsiz izlər qoya bilib. Bu dövrü araşdırmaq gərgin ictimai-siyasi, ədəbi-mədəni, elmi-fəlsəfi proseslər burulğanında itib batmağa bərabərdir. Mərhum alim Oqtay Əfəndiyev  58 il məhz bu işlə məşğul olub
Əmək fəaliyyətinə 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayan Oqtay Əfəndiyev kiçik elmi işçi və baş elmi işçi, 1975-ci ildən isə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, ömrünün sonunadək bu vəzifəni tutub. Oqtay Əfəndiyev 1955-ci ildə Moskvada namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib, 1993-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilib.
 
Alimin araşdırmaçısı olduğu Orta əsrlər dövrü XVI əsrdən etibarən özünün yeni mərhələsinə qədəm qoydu. Oqtay Əfəndiyevin şah əsəri 1981-ci ildə işıq üzü görən “Azərbaycan Səfəvilər dövləti” kitabıdır.
 
Kitab böyük səs-küyə səbəb oldu. Səfəvilərin ictimai-siyasi, mədəni tarixi, vacib diplomatik əlaqələri, Azərbaycan coğrafiyasının və tarixin formalaşmasında göstərdiyi fəaliyyət və s. burada əks olundu. O, orta əsrlərdə Səfəvilərin dünyanın ən böyük 3 güc mərkəzindən biri olduğunu sübut edən yeganə Azərbaycan alimi idi.
 
Moderator.az xəbər verir ki, Oqtay Əfəndiyev bütün Avropada dillər əzbəri olan “Don Juan” ləqəbli Oruc bəy Bayatın Azərbaycanlı olduğunu sübut etdi. 1988-ci ildə Don Juan barəsində bir kitabı (Azad Fərzəliyevlə birgə) ingiliscədən ruscaya çevirdi. Üləma sultan Təkəli haqqında da vacib tarixi məlumatı elmə ilk dəfə o, hədiyyə etdi. Sonuncu tapıntısı isə Mikele Membre ilə bağlıdır. Belə ki, Venesiya səfirinin Şah Təhmasib sarayına gəlişi və ordakı danışıqların hamısı Membrenin gündəliyində var idi. Bu gündəliyi ortaya çıxarmaqla O. Əfəndiyev Azərbaycan tarix elminə növbəti töhfəsini vermiş oldu.
 
Elmin Nuri

Загрузка...
Загрузка...