“Azərbaycan şirkətləri Şimal-cənub dəhlizi vasitəsi ilə məhsullarını ixrac edə bilər”

İsmail Zamani: “Azərbaycan şirkətləri Şimal-cənub dəhlizi vasitəsi ilə məhsullarını ixrac edə bilər”
Şimal-cənub dəhlizində infrastrukturun böyük hissəsi  hazırdır”.
 
Bunu APA-nın İran bürosuna açıqlamasında İranın Ərvənd Azad İqtisadi Zonasının baş direktoru İsmail Zamani deyib.
 
İ. Zamani bildirib ki, Şimal-cənub dəhlizi layihəsində Azərbaycanın özünəməxsus coğrafi mövqeyi var. "Azərbaycan Fars Körfəzi limanlarından Qafqaz bölgəsinə olan istiqamətdə tranzit ölkədir və bu, Azərbaycan üçün geniş iqtisadi imkanlar açır. Ərvənd Azad İqtisadi Zonası İranın cənub-qərbində yerləşir. Şərq-qərb və cənub-şimal dəhlizi bu bölgədən keçir".
 
O əlavə edib ki, Qafqaz ölkələri üçün Ərvənd və Araz zonaları arasında ticarət əlverişli ola bilər. "Azərbaycan Araza yaxın yerləşir və Araz bölgəsindən məhsulların ticarəti, eləcə də tranziti üçün istifadə edə bilər."
 
İ. Zamani bildirib ki, Şimal-cənub dəhlizindən istifadə hər iki ölkənin iqtisadi inkişafı üçün imkan yaradacaq: "Şimal-Cənub dəhlizinin infrastrukturu, o cümlədən dəmir yolu, avtomobil yolları, limanlar hazırdır və fəaliyyət göstərir. Azərbaycan şirkətləri İranda ofis və zavodlarını açaraq, bu dəhliz vasitəsi ilə məhsullarını ixrac edə bilərlər".