Azərbaycan Rusiyadan iki tanker alacaq

Rusiyanın Nijeqorod şəhərində yerləşən “Krasnoe Sormovo” zavodu Azərbaycanın CMS şirkəti üçün 2 tanker inşa edəcək.
 Turaninfo.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, gəmiqayırma zavodunun mətbuat xidmətindən bildirilib ki, “Krasnoe Sormovo” zavodu aprelin əvvəlində “Dənizçilik və neft-qaz layihələri” şirkətlər qrupunun köməyi ilə "Caspian Marine Services Limited" şirkəti ilə iki tankerin inşası barədə müqavilə imzalayıb. Tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə çatdırılacaq. Bütün tarixi boyunca zavod bu region üçün 100-dən çox tanker istehsal edib.
 “Krasnoe Sormovo” zavodu 1849-cu ildən fəaliyyət göstərən Rusiya gəmiqayırma şirkətidir.  Son 75 ildə zavodda 300 sualtı qayıq və xilasetmə apparatları hazırlayıb və modernləşdirib.