Azərbaycan ərazisində daha bir zəlzələ olub

Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.
 
Zəlzələ Balakən ərazisində 4,1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub.