Azərbaycan qılıncoynatma üzrə ilk olimpiya lisenziyasını qazanıb

Azərbaycan qılıncoynadanı Sabina Mikina 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Turaninfo.az "Report"un məlumatına istinadən, 29 yaşlı sablyaçı bu nailiyyətə Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Təsnifat Turnirində imza atıb.
Mikina ardıcıl olaraq Katerin Kempi (Böyük Britaniya) 15:9, Anna Limbaxı (Almaniya) 15:8 və Palina Kaspyaroviçi (Bolqarıstan) 15:11 hesabı ilə yenərək, yarışın qalibi olub. O, turnirin qalibi üçün nəzərdə tutulan lisenziyaya sahib çıxıb. Bu, Azərbaycanın qılıncoynatmada ilk, ümumilikdə isə 42-ci lisenziyası olub.
Qeyd edək ki, Sabina Mikina ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququna yiyələnib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında ikinci qarşılaşmasında ukraynalı olimpiya, dünya və Avropa çempionu, eləcə də ötən il "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş Olqa Xarlana uduzaraq, mübarizəni dayandırıb.

Загрузка...
Загрузка...