Azərbaycan prezidenti Con Kerri ilə görüşəcək

Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək.
 Turaninfo.az  xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Görüş bu gün Bakı vaxtilə saat 22.00-a nəzərdə tutulub.
 Xatırladaq ki, Azərbaycan prezidenti martın 30-da Vaşinqtonda başlayacaq IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.