“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ləğv olunur
11-01-2017 14:11

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ləğv olunduğunu elan edib
Politika.Az xəbər verir ki, bu barədə “Vergilər” qəzetində məlumat verilir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini müəssisənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,37 ünvanındakı “Demirchi Tower” biznes mərkəzində yerləşən ofisinə bildirə bilərlər.
Xatırladaq ki, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır.