​“Azərbaycan Ordusunun Qarabağda önü açılıb” – SARKİSYANDAN ETİRAFLAR

 
“Azərbaycan Ordusu sadəcə piyada qoşunla və sadə avtomatla Qarabağa daxil olub istədiyinə nail ola bilər”.
Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərin qaytarılması üçün müharibə variantından heç vaxt imtina etməyib.
“Bu, Ermənistana hər an ciddi zərbənin vurulması deməkdir. Lakin iki onillikdən artıq müddətdir ki, Ermənistan rəhbərliyi bütün uğursuzluqlarına bəraət qazandırmaq üçün “müdrükcəsinə” Azərbaycandan şikayət edir. Heç vaxt uğursuzluqlarının səbəbini özlərində axtarmırlar. Azərbaycan hər an öz çatışmazlıqlarını düzəltmək üçün durmadan işləyir, budur, onlar bunun bəhrəsini də görürlər. Ermənistan hakimiyyətinin nə vaxt nəticə çıxaracağı məlum deyil. Sentyabr ayında ən yaxşı texnikaları nümayiş etdirdilər, lakin məlum oldu ki, müharibə şəraitində onların heç birindən istifadə etmək hüququ Ermənistanda deyil. Yəni bu hərbi texnika bizdə var, amma heç nə edə bilmirik. Buna görə də Azərbaycanın önü açılıb və onlar əllərində avtomatla piyada olaraq irəliləyə bilərlər”, – deyə erməni politoloq vurğulayıb.