Azərbaycan Ordusuna ilk dəfə bu səlahiyyət verilir

 
Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.
 
Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin ikinci oxunuşunun 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.
 
Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq./APA/
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...