Azərbaycan nefti bir qədər bahalaşıb

 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,10 dollar və yaxud 0,19% artıb.
 
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,16 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.