​Azərbaycan ən yüksək işsizlik müavinətinə görə MDB-də liderdir

 
MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir.
 
Turaninfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir.
 
Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb – təqribən 12 dollar.
Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir.
 
Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.