​Azərbaycan mətbuatının banisi, maarifçi-realizmin ən böyük siması—Həsən bəy Zərdabi

 
Sabah Böyük İnsanın vəfatı günüdür
Həsən bəy Zərdabi yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir". Lakin qeyri-adi iradəyə, tükənməz enerjiyə malik olan bu əfsanəvi adam dediklərini də, fikirlərini də həyata keçirə bildi; gəlmək istəməyənlər gəldi, görmək istəməyənlər gördü, eşitmək istəməyənlər eşitdi.
Zərdabi çoxlarının edə bilmədiyini etmişdir. Bu "öz şəxsi, mənafeyini ictimai mənafeyə qurban vermək kişiliyi" idi. "Həsən bəyin həyatı da, ölümü də cəmiyyətə qurban getmişdir" (Ceyhun hacıbəyli )
Bu millət atasının vətənpərvərlik ideyalarından “dərs” almış ziyalılardan biri də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə idi. Rəsulzadənin milli Azərbaycan məfkurəsində dahi Həsən bəy Zərdabinin əhəmiyyətli rol və təsiri olmuşdur və H. Zərdabinin dəfn mərasimində Məmməd Əmin Rəsulzadənin kədər dolu çıxışı da təsadüfi deyil
.Sabah Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), .Həsən Bəy Zərdabinin vəfatı günüdür