Azərbaycan məni və ailəmi terrordan qorudu – Brayza

Baxış sayı: 
142
0  
0  

ABŞ-ın Bakıdakı sabiq səfiri, Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza Dövlət Departamentinin Azərbaycanı terror riski olan ikinci katerqoriyalı ölkələr sırasına daxil etməsinə münasibət bildirib.
 
M.Brayza Azvision.az-a açıqlamasında bildirib ki, məlum siyahıda Azərbaycan Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələrlə bir sırada yer alıb. Sabiq səfirin sözlərinə görə, Dövlət Departamentinin turistlərə yaydığı tövsiyədə terror təhdidi səviyyəsinə görə Azərbaycan və Fransa eyni mövqedə qərarlaşıb.
 
“ABŞ Dövlət Departamenti münaqişə ilə əlaqədar vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, təmas xəttinə və Ermənistan-Azərbaycan sərhədi yaxınlığına səfərə getməməyi tövsiyə edib. Dağlıq Qarabağa dair tövsiyə Ermənistana aid bölmədə də yerləşdirilib.
 
Təcrübəmə əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişə zonasına yaxın olan Azərbaycanın regionlarında terrorizm və zorakılıq təhdidləri realdır. Mən ABŞ-ın Azərbaycandakı səfiri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olduğum vaxtlarda bütün diplomatik missiyanı, məni və ailəmi terror təhdidlərindən qoruduğu üçün daim Azərbaycan hökumətinə minnətdar olacağam”.
 
M. Brayza eyni zamanda Rusiya XİN-in mətbuat xidmətinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına da toxunub. Dipomat bildirib ki, Rusiya XİN rəsmisinin dediyi kimi ABŞ Dövlət Departamenti Azərbaycana səyahətlərin əleyhinə deyil. Departament ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə etmir. Söhbət yalnız Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan sərhədlərinə səyahətlərdən gedir”.
 
2018-ci il üzrə Cənubi Qafqaz regionu ölkələrinə dair proqnozun olmadığını deyən Brayza ümid edir ki, ABŞ dövlət katibi Reks Tillerson münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə töhfə verəcək və bir neçə ay əvvəl yayılan şayiələrdən fərqli olaraq Minsk qrupu həmsədrinin maliyyələşməsini dayandırmayacaq.

Загрузка...
Загрузка...