"Azərbaycan mediasının vəziyyəti "heç cür"dür" - ÖZƏL

Elçin Şıxlı: "Mövcud vəziyyəti yalnız bu sözlə şərh etmək mümkündür"
İyulun 22-də Azərbaycan mediasının 141-ci ildönümü qeyd ediləcək. Maraqlıdır, ötən bir illə müqayisədə bu il ölkə mediasında müsbətə doğru qismən də olsa dəyişiklik baş veribmi?
Bununla bağlı Politika.Az-a açıqlama verən Ayna.az saytının baş redaktoru, media eksperti Elçin Şıxlı vəziyyətin ürəkaçan olmadığını vurğuladı:
"Müsbət dəyişiklik odur ki, Rauf Mirqədirovu, Pərviz Həşimlini, Xədicə İsmayılı azadlığa buraxdılar. Bu. məsələnin bir tərəfi. Amma söhbət medianın özündən, onun keyfiyyətindən gedirsə, vəziyyət "heç cürdür". Ölkədə normal media deyə bir şey yoxdur. Odur ki, biz vəziyyəti yalnız "heç cür" kimi şərh edə bilərik. Başqa sözlə desək, ötən illə müqayisədə heç bir müsbət dəyişiklik yoxdur".