Azərbaycan ikinci medalını qazandı — Elmar finalda
12-08-2016 00:25

Ölkə.Az xəbər verir ki, yarımfinalda Elmar Ukrayna idmançısı Artem Bloşenko ilə qarşılaşıb və ipponla qalib gələrək finala yüksəlib.
***
Elmar Qasımov “vazari” xalı ilə qələbə qazanıb.
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/4 final görüşünə çıxıb.
Rəqib misirli Ramadan Darviş olub.
Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq yarımnfinala yüksəlib.
Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olacaq.