Azərbaycan gömrükçüləri genişmiqyaslı əməliyyat keçirir, 450 kiloqram heroin tutuldu

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkarlayıblar.
 Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, İrandan Ukraynaya yük daşıyan 90 VV 438/99 ZC 154 nömrə nişanlı yük avtomobili əməliyyat məlumatı əsasında Azərbaycan ərazisində Xaçmaz Gömrük İdarəsində saxlanılıb.
 Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı gömrükçülər 450 kiloqram narkotik vasitə olan heroin aşkarlayıblar.
 Komitədən onu da bildiriblər ki, hazırda əməliyyat davam edir.