Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 2% artıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2016-cı il aprelin 1-nə 34,246 mlrd. ABŞ dolları təşkil edib.
Fonddan "Report"a verilən məlumata görə, cari ilin əvvəlinə nisbətən ARDNF-in aktivləri 2% artıb.
Qeyd edək ki, 2015-ci ilin aprelin 1-nə nisbətən Fondun aktivləri 2% azalıb.