​Azərbaycan da dollardan imtina etdi - Razılıq əldə olunub

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dollardan imtina edərək, ticarət əməliyyatlaırnın milli valyuta ilə hesablanması təklifi reallaşmaq üzrədir
 
Türkiyə mətbuatının yazdığına görə, artıq bir sıra ölkələrlə ticarət əməliyyatlarının milli valyutalarla aparılması üçün danışıqlar rəsmi səviyyədə başlayıb. Bu ölkələr arasında Azərbaycan da yer alır.
 
Turaninfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, Türkiyə tərəfi Azərbaycanın bu təklifə qoşulacağına ümid edir.
 
Məlumata görə, artıq Azərbaycan ən böyük ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə ticarət dövriyyəsinin milli valyutaya keçirilməsinə razılıq verib. Belə ki, artıq Azərbacan və Türkiyə arasında gedən ticarət dövriyyəsini milli valyuta ilə aparılacaq. Məlumatlara görə, bu barədə hələ Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya etdiyi rəsmi səfər zamanı məsələ ilkin formada müzakirə olunub.
 
Ekspertlər də hesab edirlər ki, Türkiyə tərəfi əsas ticarət tərəfdaşları ilə razılığa gəldikdən sonra Ərdoğan belə bir təkliflə çıxış edib.
 
Qeyd edək ki, Azərbaycanın da milli valyutası son 2 ildə kəskin ucuzlaşıb. Bu da ölkənin iqtisadi durumuna mənfi təsir göstərir. Artıq vəziyyət böhran həddinə çatıb və getdikcə dərinləşməyə davam edir. Bu baxımdan da Azərbaycanın Türkiyənin təklifinə qoşularaq dollardan imtina etməsi gözlənilən addımdır.

Загрузка...
Загрузка...